Britaniyada daha 231 nəfər koronavirusdan ölüb

Britaniyada daha 231 nəfər koronavirusdan ölüb
  10 Mart 2021    Oxunub:2355
Böyük Britaniyada son sutka ərzində 5766 nəfər koronavirus infeksiyasına yoluxub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Ölkə üzrə koronavirusa yoluxanların sayı 4 228 998 nəfərə çatıb.

Ötən 24 saatda daha 231 pasiyent dünyasını dəyişib. COVID-19 qurbanlarının ümumi sayı 124 797 nəfərdir.

Azvision.az


Teqlər: Britaniya   Koronavirus  



Xəbər lenti