Ermənistan müxalifəti böyük mitinq keçirəcək

 Ermənistan müxalifəti böyük mitinq keçirəcək
  10 Mart 2021    Oxunub:3415
Ermənistan müxalifəti bu gün böyük mitinq keçirəcək.
Azvision.az xəbər verir ki, bu barədə “Vətənin qurtuluşu hərəkatı”nın koordinatoru İşxan Saqatelyan bildirib.

Onun sözlərinə görə, bu gündən baş nazir Nikol Paşinyanın və rəhbərlik etdiyi hökumətin istefası tələbi ilə aksiyalar daha kütləvi xarakter alacaq.

Saqatelyan, polisi ordunu dəstəkləməyə və "dəlinin qanunsuz əmrlərinə" (Paşinyan-red) tabe olmamağa çağırıb.

O, baş nazirin istefası üçün son tarixin bu gün saat 12:00-a qədər olduğunu bildirib.

Paşinyanın erkən seçki keçirtmək niyyəti ilə bağlı açıqlamalarını blef adlandıran müxalifətçi, etirazçıların parlament binasının giriş-çıxışını bloklamaqda davam editdiklərini bildirib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan   Mitinq  



Xəbər lenti