Azərbaycan ədliyyə nazirinin Konqresdə bilavasitə iştirakını yüksək qiymətləndirən Y.Kamikava iki ölkə arasında dostluq əlaqələrinin olduğunu, 30 il ərzində əməkdaşlıq münasibətlərinin uğurlu inkişafını qeyd edib, hüquqi sahədə qarşılıqlı fəaliyyətin genişləndirilməsində maraqlı olduğunu söyləyib.
Nazir dövlətlərimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini qeyd edib, ədliyyə orqanları arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün perspektivlərin olduğunu deyib, bu sahədə konkret təkliflər irəli sürüb.
Eyni zamanda, Azərbaycanın məhkəmə-hüquq sahəsində beynəlxalq aləmdə təqdir edilən islahatları barədə məlumat verilməklə hüquqi sahədə təcrübə mübadiləsinin hər iki tərəf üçün faydalı olacağı qeyd olunub, iki nazirlik arasında əməkdaşlığa dair sənədin hazırlanması barədə razılığa gəlinib.
Nazir həmçinin, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində ölkəmizin böyük Qələbəsini, torpaqlarımızın 30 illik erməni işğalından azad olunaraq ədalətin bərpa edildiyini vurğulayıb.
İşğal dövründə torpaqlarımızın yerlə-yeksan edildiyi, bütün infrastrukturun büsbütün viran olunduğu, o cümlədən tarixi, mədəni və dini abidələrin məhv olunması ya da talanması faktları xüsusi qeyd olunub.
Məcburi köçkün olmuş 750 min soydaşımızın öz dədə-baba yurdlarına qayıtması üçün ərazilərimizin bərpası üzrə görülən genişmiqyaslı işlərdən, o cümlədən “ağıllı kənd”lərin və yaşıl enerji zonalarının yaradılmasından danışılaraq, bu sahədə xarici tərəfdaşlarla əməkdaşlıq üçün geniş imkanların olduğu bildirilib.
Görüşdə Azərbaycanın Yaponiyadakı səfiri Gürsəl İsmayılzadə iştirak edib.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


