İran şirkətlərinin Qarabağın bərpasında iştirakı müzakirə edilib

İran şirkətlərinin Qarabağın bərpasında iştirakı müzakirə edilib
  10 Mart 2021    Oxunub:2745
İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ölkəsinin inşaat sahəsində çalışan şirkətlərinin rəhbərləri ilə videoformatda görüş zamanı onların Qarabağın yenidən qurulmasında necə iştirak edəcəyini müzakirə edib.
Azvision.az bu barədə səfirliyin “Tvitter” səhifəsinə istinadla xəbər verir.

“İran inşaat şirkətlərinin Qarabağın yenidən qurulmasında necə iştirak edəcəyi ilə bağlı müzakirələr apardıq. İran inşaat sənayesi dünyada ən yaxşılardan biridir”- , diplomat bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: SeyidAbbasMusəvi   İran   Səfir  



Xəbər lenti