“Darknet”də bir doza vaksin ortalama 500 dollara satılır
“Darknet”dəki (anonim iştirakçılardan ibarət gizli şəbəkə) peyvənd satışı elanlarının skam olub-olmaması və ya alıcıların həqiqətən axtardıqlarını əldə edib-etməməsi barədə qəti bir nəticə çıxarmaq mümkün deyil. Bu elanlardan bəzilərinə müsbət rəylər yazılıb. Bəzi əməliyyatlar nəticəsində insanların həqiqətən də istədikləri məhsulu aldıqlarını düşünmək olar.
Nəzəri cəhətdən bu mümkündür, çünki dünyanın müxtəlif yerlərindəki xəstəxanalarda bəzən peyvənd paketi açıldıqdan sonra istifadə olunmamış dozalar qalır. Bununla belə, peyvəndin düzgün saxlanılması üçün bütün şərtlərin yerinə yetirildiyinə dair bir zəmanət əldə etmək mümkün deyil. Ampulaların içində həqiqətən də peyvəndin satıldığına dair bir zəmanət də yoxdur,” - deyə “Kaspersky”nin kiber təhlükəsizlik üzrə mütəxəssisi Dmitri Qalov bildirib.
Qara bazarda saxta peyvənd sertifikatları da satılır. Məsələn, Avropa sertifikatı nümunəsinin müvafiq sənədinin qiyməti təxminən 20-25 dollardır. Bundan əlavə, bəzi ölkələrdə, məsələn, ofisə getmək və ya işgüzar səfərlər, məzuniyyət gəzintiləri üçün COVID-19-a yoluxmama barədə arayış tələb olunur. Darknetin rus dilində danışan seqmentində bu sənədin qiyməti 3500-5000 rubl (47-67 dollar) arasında qiymətləndirilir.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


