Sarkisyanın müraciəti Konstitusiya Məhkəməsinə daxil olub

 Sarkisyanın müraciəti Konstitusiya Məhkəməsinə daxil olub
  10 Mart 2021    Oxunub:2762
Ermənistan prezidenti Armen Sarkisyanın Baş Qərargah rəisi Onik Qasparyanla bağlı müraciəti Ermənistanın Konstitusiya Məhkəməsinə daxil olub.
Azvision.az xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsindən bildirilib.

Prosedura əsasən, bu struktur üç gün müddətində prezidentin vəsatətinin Konstitusiya Məhkəməsi Qanununun müddəalarına zidd olub-olmadığını müəyyənləşdirməlidir. Bundan sonra məhkəmə iclasının başlanması barədə qərar qəbul edilir və məhkəmə iclası təyin olunur. İkinci mərhələ 30 gün çəkə bilər.

Xatırladaq ki, bu gün səhər baş nazir Nikol Paşinyan Onik Qasparyanın 10 mart tarixindən etibarən vəzifəsindən azad edildiyi barədə bəyanat verib. Paşinyan bildirib ki, ölkə prezidenti təqdim olunan fərman layihəsini imzalamayıb, qanunla müəyyən edilmiş müddətdə Konstitusiya Məhkəməsinə müraciət etməyib. Bununla da Qasparyan vəzifəsindən azad edilmiş hesab olunur.

Ardınca isə Ermənistan prezdenti Konstitusiya Məhkəməsinə müraciət etdiyini bildirib.

“Konstitusiyanın 169-cu maddəsinin 1-ci hissəsinin 4-cü bəndini rəhbər tutaraq, prezident Sarkisyan “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” Qanunun Konstitusiyasına uyğunluğunun müəyyənləşdirilməsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib”, - məlumatda vurğulanıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan   Prezident  



Xəbər lenti