Nazirliyin işçiləri intihar edən şagirdlərin ailələrinə baş çəkib

Nazirliyin işçiləri intihar edən şagirdlərin ailələrinə baş çəkib
  10 Mart 2021    Oxunub:1942
Təhsil Nazirliyinin əməkdaşları intihar etmiş şagirdlərin ailələrinə baş çəkiblər
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, martın 10-da təhsil nazirinin müşaviri Nigar Bağırlı və Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova ötən gün intihar edən Abşeron rayonu Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin şagirdlərinin ailələrinə baş çəkib, valideyn və yaxınlarına dərin hüznlə başsağlığı veriblər.

Məlumat üçün bildirək ki, qeyd olunan məsələ ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Azvision.az



Teqlər: Təhsil-Nazirliyi   İntihar   Şagird  






Xəbər lenti