İrəvan pandemiya ilə bağlı sərt tədbirlərə qayıdır

İrəvan pandemiya ilə bağlı sərt tədbirlərə qayıdır
  10 Mart 2021    Oxunub:3802
Ermənistanda koronavirus infeksiyasının yayılma risklərinin artması səbəbindən sərt tədbirlərə başlanılır.
Azvision.az xəbər verir ki, bu barədə erməni saytları məlumat yayıblar. Qeyd edilir ki, bir neçə dövlət qurumu Covid-19 epidemiyasının yayılmasının qarşısını almaq üçün Yol Polisi ilə birlikdə ictimai nəqliyyatın fəaliyyətinə birgə nəzarəti bərpa ediblər. Nəzarət işləri paytaxt İrəvanın müxtəlif inzibati bölgələrində aparılacaq.

“Xatırladırıq ki, ictimai nəqliyyatdan istifadə edən sərnişinlər maskalı olmalı, sərnişin daşınması ilə məşğul olan sahibkarlıq subyektləri sərnişinləri dezinfeksiyaedici maye ilə təmin etməli, həmçinin sərnişinlərə nəqliyyat vasitəsindəki oturacaqların sayı qədər xidmət göstərilməlidir. Yuxarıda göstərilən təhlükəsizlik qaydalarına əməl etməyən sürücülər və müəssisələr qanuna uyğun olaraq inzibati məsuliyyətə cəlb ediləcəklər”,-deyə aidiyyəti dövlət qurumunun yaydığı məlumatda bildirilib.

Qeyd edək ki, ermənilər sosial şəbəkələrdə artıq sərnişinlərin avtobuslarda maska taxmamağa görə cərimələnməsi ilə bağlı sərt tədbirlərin tətbiqinə başlanmasına etirazlarını bildirirlər. Onlar yeni sərt qərarların ölkədə yaranan siyasi vəziyyətlə, insanların bir yerə rahat şəkildə toplaşa bilməmələri ilə əlaqələndirirlər. İddia olunur ki, qarşıdakı günlərdə virusla mübarizə çərçivəsində daha sərt tədbirlər görülə bilər.

Tural Tağıyev
Azvision.az


Teqlər: Pandemiya   İrəvan   Maska  



Xəbər lenti