Paşinyanın şagirdlərlə görüşü lağ obyektinə çevrildi- FOTO

   Paşinyanın şagirdlərlə görüşü lağ obyektinə çevrildi-   FOTO
  10 Mart 2021    Oxunub:3613
Sosial şəbəkələrin erməni seqmentində baş nazir Nikol Paşinyanın həyatına yaranan ciddi təhlükələrlə bağlı söz-söhbətlər dolaşır.
Azvision.az xəbər verir ki, hətta bəzi saytlar baş nazirin yersiz şəkildə şəxsi mühafizəsini gücləndirməsindən yazırlar. Buna misal olaraq Paşinyanın balaca uşaqlarla görüşündə belə silahlı mühafizəçilərdən istifadə etməsi göstərilib:

"Fotoda ölkə rəhbərinin silahlı mühafizəçilərinin müşayiəti ilə əli yalnız qələm tutan balacaların oturduğu sinif otaqlarında olması görünür. Mühafizəçilər dəhlizdə gözləmək əvəzinə baş naziri əvvəlcədən yoxlanılmış dərs otaqlarına daxil olaraq şagirdləri diqqətlə izləyirlər. Onlar ölkə rəhbərini balacalardan belə qoruduqları üçün Paşinyan lağa qoyulur. Başqa hansı ölkədə rəhbər şəxs azyaşlı uşaqların, aşağı sinif şagirdlərinin yanında təhlükə hiss edir?", - deyə yazıda qeyd olunur.



Tural Tağıyev
Azvision.az


Teqlər: Paşinyan   Mühafizə  



Xəbər lenti