Qasparyan Paşinyanın qərarı ilə bağlı məhkəməyə müraciət etdi

 Qasparyan Paşinyanın qərarı ilə bağlı məhkəməyə müraciət etdi
  10 Mart 2021    Oxunub:3179
Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi, səlahiyyətləri martın 9-da ləğv olunan general-polkovnik Onik Qasparyan baş nazirin müvafiq qərarı ilə bağlı İnzibati Məhkəməyə müraciət edib.
Azvision.az
Müraciəti Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının informasiya şöbəsinin rəhbəri Samvel Asatryan “Facebook” səhifəsində yayımlayıb.

Qasparyan bildirib ki, hökumətin rəsmi saytında bu gündən onun vəzifəsindən azad edildiyinə dair baş nazirin bəyanatı dərc edilib.

O bildirib ki, mövqeyi dəyişməz olaraq qalır, həm baş nazirin açıqlaması, həm də vəzifəsindən azad edilməsi ilə bağlı bütün proses konstitusiyaya ziddir. Bu, bir daha mövcud böhranın həllinin yalnız baş nazirin istefası və erkən seçkilərin keçirilməsi faktı ilə mümkünlüyünü təsdiqləyir.

Ermənistanda Konstitusiya və qanunun üstünlüyünü təmin etmək üçün İnzibati Məhkəməyə müraciət etdiyini deyən Qasparyan, vətənə və erməni xalqına xidmətini davam etdirəcəyini vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: OnikQasparyan  



Xəbər lenti