"Hərbi-siyasi qarışıqlıqda ordu çətin vəziyyətdədir" - Asatryan

 "Hərbi-siyasi qarışıqlıqda ordu çətin vəziyyətdədir" -  Asatryan
  10 Mart 2021    Oxunub:3824
Qondarma Dağlıq Qarabağ respublikasının "müdafiə nazirliyi"nin mətbuat katibi olmuş Senyor Asatryan Ermənistanda yaşanan hərbi-siyasi böhrana münasibət bildirib.
Azvision.az xəbər verir ki, o, ordu rəhbərliyinə olan dəstəyini gizlətməyib.

"Əlbəttə ki, bu hərbi-siyasi qarışıqlıqda ordu ən çətin vəziyyətdədir. Çünki konstitusiyaya görə, ordu torpaqların təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaq üçün nəzərdə tutulub. Ancaq əvvəllər belə çətin bir vəzifəyə sahib olmaqla yalnız bu yöndə düşünməməli, eyni zamanda hakimiyyəti ələ keçirmiş təsadüfi şəxslərin şıltaqlıqlarına müqavimət göstərməlidir. Xalqın dəstəyi olmadan bu çox çətin olacaq..."

Tural Tağıyev
Azvision.az


Teqlər: Ordu   Ermənistan   Asatryan  



Xəbər lenti