"Ermənistandakı vəziyyət bu ölkənin daxili işidir" - Rudenko

 "Ermənistandakı vəziyyət bu ölkənin daxili işidir" -  Rudenko
  10 Mart 2021    Oxunub:2935
Ermənistandakı vəziyyət bu ölkənin daxili işidir, Rusiya oradakı vəziyyətin ən qısa zamanda normallaşmasında maraqlıdır.
Azvision.az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

"Biz, bunu Ermənistanın daxili işi kimi qiymətləndiririk. Orada baş verən proseslərə qarışmırıq və tərəf tutmuruq. Vəziyyətin hər kəsə fayda gətirən şəkildə normallaşmasını istəyirik”, - XİN rəhbərinin müavini əlavə edib.

Rudenko, Dağlıq Qarabağdakı vəziyyətin gərginləşməyəcəyinə ümid etdiyini söyləyib:

"Ümid edirik ki, bu, baş verməyəcək”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: AndreyRudenko  



Xəbər lenti