"Paşinyan sinif yoldaşına hər ay 70 min dollar verir" - Etirazçı

 "Paşinyan sinif yoldaşına hər ay 70 min dollar verir" -  Etirazçı
  10 Mart 2021    Oxunub:3746
Ermənistanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən vətəndaşlar İrəvanın Dəmirçiyan küçəsini, Parlament binasının girişlərini bağlamağa çalışıblar.
Azvision.az xəbər verir ki, ərazidə çəkiliş aparan jurnalistlər əlində “Paşinyan sinif yoldaşı olan polis şefinə hər ay 70 min dollar ödəyir” yazılmış plakat tutan bir neçə vətəndaşı müşahidə ediblər.

Etirazçılardan biri jurnalistə deyib:

“Biz polis rəisinin 70 min dollar aldığını göstərmək istədik. O isti otağında oturur. Amma işçiləri ilə kifayət qədər aqressiv davranır və nədənsə onlar da güc nümayiş etdirirlər ”.

Jurnalistlər etirazçılardan belə məlumatı haradan aldıqlarını soruşduqda, vətəndaş məlumatın mənbəyindən danışmamağın məsləhət olduğunu söyləyib. O etibarlı məlumat olmasaydı belə bir addım atmağa cürət etməzdilər deyərək cavab verib.

Başqa bir vətəndaş, bu cür etirazlarda məqsədin polisləri məlumatlandırmaq olduğunu deyib. Yəni, rəhbərləri onlardan qat-qat çox pul qazanır. Bu səbəbdən də etirazçıların, xalqın yanında olmaları daha çox məsləhətdir.

Tural Tağıyev
Azvision.az


Teqlər: Etiraz   Paşinyan  



Xəbər lenti