“Bütün bunlar Vətən müharibəsi zamanı bütün dünyaya açıq şəkildə göstərildi və qazanılan şanlı Qələbə tarixdə əbədi qalacaq. Müharibə nəticəsində işğaldan azad olunan ərazilər nəinki yenidən qurulur və bərpa edilir, orada iqtisadiyyat da inkişaf etdirilir, tamamilə yeni sistem qurulur, sosial əhəmiyyətli layihələr həyata keçirilir. Bu gün Azərbaycanın qazandığı bütün uğurların təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub”, - deyə Qüdsi Osmanov bildirib. Səfir, həmçinin işğaldan azad olunan ərazilərdə həyata keçirilən infrastruktur layihələrindən, ölkəmizin iqtisadi və hərbi sahələrdə uğurlarından ətraflı bəhs edib.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


