“Bəzi həddini bilməyən İraq Kürdüstanı liderləri bu səfərdən İraqın qonşu ölkələrinin ərazi bütövlüyü üçün xəyallarını ortaya qoymaq üçün istifadə etməyə çalışırlar. Bu cür məkrli əməllərin necə məyusluqla nəticələnməsini İraq Kürdüstanı səlahiyyətliləri tərəfindən yaxşı xatırlanacaqdır. Bu ciddi səhvi dərhal düzəltmək üçün onların ən qısa müddətdə açıqlama verməsini gözləyirik", - XİN bəyanatında vurğulanıb.
Xatırladaq ki, Roma Papasının şərəfinə çap edilən markada “Kürdüstan” adlanan ərazinin "xəritəsi” və Fransiskin fotosu verilib. "Xəritə"yə Türkiyənin şərq və cənub-şərq bölgələrinin bəzi əraziləri də daxil edilib.
Pərvanə Sultanova
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


