ADY-dən Sumqayıtdakı qəza ilə bağlı açıqlama

 ADY-dən Sumqayıtdakı qəza ilə bağlı açıqlama
  10 Mart 2021    Oxunub:2447
Bu gün "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Baş Sumqayıt stansiyasının yaxınlığında ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Qurumdan Azvision.az -a verilən məlumata görə, saat 13:20 radələrində 10 çən vaqonu manevr teplovozu ilə Sumqayıt Çay Stansiyasına gətirilərkən qorunmayan dəmir yolu keçidindən keçməyə cəhd göstərən Maarif Valeh oğlu Lazımovun idarə etdiyi mikroavtobusla toqquşub. Hadisə nəticəsində qatar tərtibatçısı Murtuz Aleksey oğlu Abdullayev dünyasını dəyişib.

"Hadisənin başvermə səbəbini müvafiq orqanlar aidiyyəti üzrə araşdırıb, hüquqi qiymət verəcək. ADY adından M.Abdullayevə Allahdən rəhmət, ailəsinə səbr diləyirik!", - deyə açıqlamada qeyd olunub.

Azvision.az


Teqlər: ADY  






Xəbər lenti