Liviya parlamenti yeni hökumətin tərkibini təsdiqləyib

Liviya parlamenti yeni hökumətin tərkibini təsdiqləyib
  10 Mart 2021    Oxunub:1867
Liviya parlamentinin Nümayəndələr palatası yeni hökumətin tərkibini təsdiqləyib.
Azvision.az bu barədə “TASS”a istinadla xəbər verir.

Palatanın sədri Akil Saleh 134 üzvdən 132 nəfərin baş nazir Əbdülhəmid Dibeybenin rəhbərlik etdiyi hökumətin tərkibinə səs verdiyini deyib. İki nəfər hökumətin əleyhinə səs verib, 1 nəfər bitərəf qalıb.

A. Salih bildirib ki, hökumətə etimadı BMT-nin yol xəritəsində göstərilən seçkilərə qədər - 24 dekabr 2021-ci ilədək qüvvədədir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Liviya  



Xəbər lenti