Netaniyahu BƏƏ-yə rəsmi səfər edəcək

Netaniyahu BƏƏ-yə rəsmi səfər edəcək
  10 Mart 2021    Oxunub:3745
İsrailin baş naziri Benyamin Netaniyahu martın 11-də Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfər edəcək.
Azvision.az İsrail mətbuatına istinadən xəbər verir ki, bu, baş nazirin BƏƏ-yə ilk rəsmi səfəri olacaq.

Netaniyahu BƏƏ-nin vəliəhd şahzadəsi Məhəmməd ibn-Zahid əl-Nahyanla görüşəcək.

Daha əvvəl səfər pandemiya və siyasi səbəblərə görə bir neçə dəfə təxirə salınıb.

Məlumata görə, baş nazir bir gün Əbu-Dabidə olacaq, daha sonra Dubaya gedəcək, ardınca Bəhreynə səfər edəcək.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: BenyaminNetaniyahu  



Xəbər lenti