Nazir: "Teatrların açılması ilə bağlı müzakirələr davam etdirilir"

      Nazir:    "Teatrların açılması ilə bağlı müzakirələr davam etdirilir"
  10 Mart 2021    Oxunub:3461
Teatrların açılması ilə bağlı müzakirələr davam etdirilir. Pandemiya ilə bağlı dinamika hər zaman nəzərdən keçirilir.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.

“Nazirlər Kabineti yanında Operativ Qərargahla müzakirələr aparılır, təbii ki, burada Mədəniyyət Nazirliyinin rəyi də nəzərə alınır. Dinamika aşağı düşdüyü zaman teatrları açacağıq. Ümid edirik ki, teatrlarımız mövsümün sonuna kimi açılacaq”, - deyə nazir qeyd edib.

Azvision.az


Teqlər: Mədəniyyət   Nazir  






Xəbər lenti