İrəvanda müxalifət mitinq keçirir

 İrəvanda müxalifət mitinq keçirir
  10 Mart 2021    Oxunub:2166
İrəvanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə müxalifətin növbəti mitinqi başlayıb.
Azvision.az xəbər verir ki, mitinqi “Vətənin qurtuluşu hərəkatı” təşkil edib.

Müxalifət təmsilçiləri İrəvanın mərkəzindəki Proşyan küçəsini və Baqramyan prospektini bağlayıb.

Proşyan küçəsində hökumət malikanələri yerləşir, bunlardan birində isə Ermənistanın baş naziri Nikol Paşinyan və ailə üzvləri qalır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İrəvan   Mitinq  



Xəbər lenti