"Bu, Türkiyənin enerji təhlükəsizliyinə ciddi töhfə verəcək" - Putin

 "Bu, Türkiyənin enerji təhlükəsizliyinə ciddi töhfə verəcək" -  Putin
  10 Mart 2021    Oxunub:2675
Türkiyənin Mersin vilayətində “Akkuyu” Atom Elektrik Stansiyasının (AES) üçüncü nüvə reaktorunun təməlqoyma mərasimi keçirilir.
Azvision.az xəbər verir ki, mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin videokonfrans formatında iştirak edir.

Qeyd edək ki, 4 reaktordan ibarət olacaq stansiya 5 min meqavatta yaxın enerji istehsal edəcək.

Mərasimdə çıxış edən V.Putin bildirib ki, AES 2023-cü ildə istismara veriləcək, bu, Türkiyənin enerji təhlükəsizliyinə ciddi töhfə verəcək.

Putin əlavə edib ki, AES-də rusiyalı və türkiyəli mütəxəssislərin işi əvvəlcədən müəyyən olunduğu proqram üzrə icra olunur.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Akkuyu   Türkiyə   Rusiya   AES  



Xəbər lenti