İraq qəzeti Qarabağda aparılan quruculuq işlərindən yazdı

İraq qəzeti Qarabağda aparılan quruculuq işlərindən yazdı
  10 Mart 2021    Oxunub:2349
İraqlı professor Moataz əl-Həmidinin “Almuraqi-aliraqi” qəzetində “Qurtuluş döyüşlərindən sonra Azərbaycan inşaat döyüşünə başladı” sərlövhəli məqaləsi dərc olunub.
Məqalədə 44 davam edən müharibədə Azərbaycanın qazandığı Qələbədən, Qarabağda aparılan quruculuq işlərindən ətraflı bəhs olunur.

Professor məqalədə ermənilərin Azərbaycanın Tovuz rayonu istiqamətində törətdiyi təxribatın təsadüfü xarakter daşımadığını bildirir: “Əsl mahiyyət ondan ibarətdir ki, Azərbaycan hasil etdiyi neft və qazı dünya bazarına məhz Tovuz rayonundan keçən kəmərlər vasitəsilə ixrac edir. Ermənistanın bu rayonu artilleriya atəşinə tutmaqda məqsədi bu kəmərlərə ziyan vurmaqdan ibarət idi”.

Qeyd olunur ki, ötən ilin sentyabrın 27-də Azərbaycan ordusu əks-hücum əməliyyatı keçirərək işğal altındakı torpaqları azad edib.

Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı olduğunu vurğulayan müəllif işğaldan azad edildikdən sonra burada geniş həcmli quruculuq işlərinin aparıldığını diqqətə çatdırıb.

Məqalədə, həmçinin Xocalı soyqırımı, Şuşa və digər işğal edilmiş ərazilərdə ermənilər tərəfindən törədilən vandalizm aktları barədə oxuculara geniş məlumat verilib.

Azvision.az


Teqlər: Qarabağ   İraq  






Xəbər lenti