Görüş zamanı Ombudsman 2020-ci il 27 sentyabrda başlanmış və 10 noyabr tarixində Ermənistan, Azərbaycan və Rusiya arasında üçtərəfli bəyanatın imzalanması ilə başa çatmış müharibə zamanı Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalmış yaşayış məntəqələrində həyata keçirdiyi faktaraşdırıcı missiyalar barədə danışıb. Ombudsman qeyd edib ki, həmin dövr ərzində faktaraşdırıcı missiyalar zamanı əldə olunmuş faktlar və sübutlar əsasında 7 hesabat, habelə Ermənitan tərəfindən Azərbaycanın əsir və girovlarına qarşı işgəncə və pis rəftarla bağlı hesabat hazırlanaraq müvafiq beynəlxalq təşkilatlara, səfirliklərə, o cümlədən ABŞ səfirliyinə göndərilib.
|
| Ombudsmanın məruzəsi Prezidentə təqdim edilib |
Ombudsman Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə məcburi köçkünlərin pozulmuş hüquqlarının nəhayət bərpa edildiyini qeyd edib. Bununla yanaşı, Ombudsman Ermənistan tərəfindən işğal müddətində Azərbaycan ərazilərində kütləvi şəkildə minalar yerləşdirilməsi faktına diqqəti yönəldib. O, Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycan tərəfinə verməməsi ilə bağlı ciddi narahatlığını ifadə edib.
Görüş zamanı hüquqi maarifləndirmə sahəsində birgə əməkdaşlıq perspektivləri müzakirə olunub.
Səfir Ombudsmana səmimi qəbula görə təşəkkürünü bildirib.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


