ATƏT sədri Azərbaycana gəlir

   ATƏT sədri Azərbaycana gəlir
  11 Mart 2021    Oxunub:2626
İsveçin xarici işlər naziri, ATƏT-in hazırkı sədri Ann Linde Azərbaycan və Ermənistana səfər etmək niyyətindədir.
Azvision.az xəbər verir ki, bu barədə A.Linde “Twitter” hesabında məlumat paylaşıb.

O, ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə Azərbaycan və Ermənistana gözlənilən səfəri ilə bağlı görüş keçirib.

Səfərin tarixi barədə məlumat verilməyib.

Azvision.az


Teqlər: ATƏT  



Xəbər lenti