Jirinovski: “Yanukoviç iradəsiz, əfəl və cındırdır”

Jirinovski: “Yanukoviç iradəsiz, əfəl və cındırdır”
  24 Fevral 2014    Oxunub:1049
Vladimir Jirinovski Ukraynadakı siyasi böhran fonunda Yanukoviçin hərəkətlərini sərt tənqid edib.
AzVision.az xəbər verir ki, Ukraynadakı siyasi böhran və Viktor Yanukoviçin hakimiyyətdən faktiki olaraq kənarlaşdırılmasına müxtəlif politoloqlar və siyasətçilər qiymət verirlər.

Əksər ekspertlərin fikrincə, hazırda harada olduğu məlum olmayan Yanukoviçin hakimiyyətini qısa müddət ərzində itirməsini onun zəifliyi ilə əlaqələndiriblər.

“Yanukoviç iradəsiz əfəl və cındırdır. O, eyni vaxtda iki stolda oturmaq istədiyi üçün hamı ona nifrət etməlidir. Oğlanlar həlak olub. Bazarda alver etmək ən utancverici işdir. O alver edir, insanlar isə artıq həlak olub. Bu hadisələr bizim üçün, ölkə üçün və bəşəriyyət üçün depressiyadır. Hamı ətrafın alovlara büründüyü, Kiyevin yandığı şəkillərə baxır. Hamısı da hələ də pul qazanmaq istəyən axmağa görə baş verir. Pul iqtisadiyyat üçün lazımlı element olsa da, Yanukovçi kimilərin gözünü, ağlını başından alanda pis olur”-deyə Jirinovski Yanukoviç barədə deyib.

“Prezident neofaşistlərə güzəştə getdiyinə görə günahkardır. Neofaşistlərlə heç bir kompromis, razılıq ola bilməz. Kiyev meydanlarında radikalların, “Sağ sektor” adlanan təşkilatın iştirak etdiyini hamı görürdü və bilirdi. Onlar hər yerdə neonasist işarələr yazdılar, neofaşist bayraqlarla büründülər, neonasist şüarlar səsləndirdilər, meydanlarda Konovaltsın və Benderin portretlərini asdılar. Bu sirr olmadığına görə, Avromeydanın sülk aksiyası olduğunu demək mümkün deyildi. Yanukoviç Ukrayna prezidenti kimi bütün Kiyev sakinlərinin, ukraynalıların hüquq və azadlıqların qarantı idi. Bəs o bu 3 ayda nə etdi? Ölkəni yavaş-yavaş satdı”-deyə Jirinovski Ukraynadakı proseslərə qiymət verib.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti