Bir gündə 433 mindən çox yoluxma qeydə alındı - STATİSTİKA

Bir gündə 433 mindən çox yoluxma qeydə alındı -  STATİSTİKA
  11 Mart 2021    Oxunub:2751
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 118 milyon 638 min 111 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 632 min 075 nəfərdir. İndiyədək 92 milyon 251 min 029 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatına əsasən, ötən sutka ərzində 433 992 nəfər koronavirusa yoluxub, 7413 pasiyent dünyasını dəyişib.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 29 862 124 nəfər virusa yoluxub, 542 191 pasiyent dünyasını dəyişib.

İkinci sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 11 285 561 yoluxma qeydə alınıb. Onlardan 158 213 nəfəri vəfat edib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 11 205 972 nəfərdə virus aşkar edilib. Xəstələrdən 270 917 nəfəri həyatını itirib.

Dördüncü yerdə qərarlaşan Rusiyada 4 351 553 yoluxma, 90 275 ölüm faktı qeydə alınıb.

Siyahıda beşinci olan Böyük Britaniyada 4 234 924 nəfər virusa yoluxub ki, onlardan 124 987-si ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Statistika  



Xəbər lenti