Şuşada əsir götürülən Maral Nacaryan Livana qayıtdı

Şuşada əsir götürülən Maral Nacaryan Livana qayıtdı
  11 Mart 2021    Oxunub:13949
Dağlıq Qarabağda döyüşlərə qatılan erməni əsilli Livan vətəndaşı Maral Nacaryan əsirlikdən azad edilib.

Azvision.az xəbər verir ki, bu barədə erməni deputat Naira Zöhrabyan “Facebook” hesabında yazıb. O qeyd edib ki, Nacaryan indilərdə Beyrutdakı evinə çatıb.
"Mediaport" telegram kanalı isə erməni qadının geri qaytarılmasında Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matvienkonun səylərini vurğulayıb.

Qeyd edək ki, Livan vətəndaşı olan snayper Maral Nacaryan müharibə dövründə Azərbaycana qarşı vuruşmaq üçün həyat yoldaşı ilə birlikdə Qarabağa gəlib. Onun sonuncu dəfə Şuşa döyüşlərində iştirak etdiyi, daha sonra əsir düşdüyü bildirilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MaralNacaryan  



Xəbər lenti