Almaniyada koronavirusdan daha 321 nəfər ölüb

Almaniyada koronavirusdan daha 321 nəfər ölüb
  11 Mart 2021    Oxunub:1352
Almaniyada son bir gündə 14 356 nəfər koronavirus infeksiyasına yoluxub, 321 pasiyent dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

İnstitutun açıqlamasına görə, Almaniyada epidemiyanın başlanğıcından bəri 2 532 947 yoluxma halı aşkarlanıb, 72 810 ölüm faktı qeydə alınıb.

İndiyə qədər 2,4 milyondan çox xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Almaniya  



Xəbər lenti