Axırda Putin Yanukoviçi “güllələyəcək” - TƏHLİL

Axırda Putin Yanukoviçi “güllələyəcək” - TƏHLİL
  24 Fevral 2014    Oxunub:1208
Ukraynada son günlər baş verənlər Ukrayna xalqının taleyi ilə bağlı müxtəlif proqnoz və müzakirələrə vəsilə oldu. Bir şey demək olar ki, səsləndirilən bütün rəylər nəticə etibari ilə bənzərdir- Yanukoviçin gələcəyi yoxdur.

Öz xalqını güllələməkdə və ya buna izn verməkdə ittiham olunan Yanukuviçin özünün sonunun nə vaxt və ya kimin əlindən olacağı ilə bağlı proqnozlar isə “N” qədərdir.

Heç qəribə gəlməsin, amma bu missiyaya ən əsas namizəd RF prezidenti Vladimir Putindir. Çünki, Yanukoviç təkcə öz ölkəsinin vətəndaşları deyil, həm də Soçi Olimpiadasını “öldürdü”, ya da başqa sözlə desək Putinin Olimpiadasını qana buladı. Ən azından buna görə Putin onu şəxsən ”güllələyəcək”.

Çoxları deyə bilər ki, Ukraynadan qabaq başqa ölkələrdə də analoji müharibələr olub, məsələn Suriyada hələ də davam edir. Lakin Ukrayna məsələsi bir başqa məsələdir. Digərlərindən fərqli olaraq Ukrayna belə deyək, nəinki fiziki cəhətdən, həm də psixoloji energetika baxımından Rusiya yaxındır. Odur ki, Kiyevdə axan qan Soçiyə də çatıb.

Lakin Putin hələlik susur. Yəqin fikirləşir ki, onsuz da xokkey üzrə Rusiya komandası uduzması ilə Olimpiadanı korladı. Yeri gəlmişkən qəribə də olsa demək olar ki, məhz bundan sonra Kiyevdə toqquşmalar daha da şiddətləndi. Bu arada, nümayişçilər iddia edirlər ki, qarşıdurmalarda onlara qarşı mübarizə aparanların arasında “xüsusi əlamətlər”indən rusiyalı olduqları aydın olan şəxslərin iştirak etdiyini sübut ediblər.

Onların kim olduğu hələ ki dəqiq məlum deyil. Bircə o məlumdur ki, Rusiya hökuməti Yanukoviçə “özünü cındır kimi aparma” deyib. Çətin ki, Moskva özü üçün vacib hesab etdiyi bu “cındır” məsələsini yarımçıq tərgitsin. Ola bilsin ki, Avropa uğrunda mübarizə aparan vətəndaşların güllələdikdən sonra “ rus əlamətləri ilə seçilənlər” Yanukoviçin özünü də güllələsinlər.

Çox güman ki, belə də olacaq. Əvvəl-axır “xüsusi əlamətli adamlar” kiminsə ayağına yazılacaq. Bunun üçün Yanukoviçdən yaxşı namizəd çətin ki, tapılsın.

S. Həsənova


Teqlər:





Xəbər lenti