
Mart ayının 4-də Füzuli rayonunun Arayatlı kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 1 nəfər şəxs ərazidən bağlama götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılıb. Bakı şəhər sakini 1990-cı il təvəllüdlü Nəcəfzadə Ceyhun Eyvaz oğlu olması müəyyənləşdirilmiş şəxsin əlindəki bağlamaya baxış zamanı 192,8 qram heroin, 982,2 qram tiryək, 3007,1 qram həşiş qətranı, 60 ədəd metadon, 100,1 qram metamfetamin, 224 kapsulda preqabalin dərman həbləri aşkar edilib.
Mart ayının 6-da Beyləqan rayonunun İmamverdili kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin gücləndirilmiş üsulla mühafizəsi üzrə tədbirlər nəticəsində sərhədboyu ərazidə hərəkətdə olan “Nexia Ravon” markalı 90 PN 378 dövlət nömrə nişanlı avtomobil içərisində 3 nəfər sərnişin ilə birlikdə saxlanılıb.

Avtomobilə baxış zamanı 1 ədəd göy rəngli bağlamanın içərisində 16983,18 qram tiryək və 400 ədəd М40 həbləri aşkar olunaraq götürülüb. Avtomobildəki şəxslərin Bakı şəhər sakinləri 1998-ci il təvəllüdlü İbrahimov Zaur Məzahir oğlu, 1998-ci il təvəllüdlü Zeynalov Ramiz Rafiq oğlu və Şamaxı rayon sakini 1998-ci il təvəllüdlü İbadov Sərvin Sərvər oğlu olması müəyyənləşdirilib. Araşdırma zamanı onlar törətdikləri cinayət əməllərini etiraf edərək əraziyə narkotik vasitə götürməyə gəldiklərini bildiriblər.
Bütün faktlar üzrə cinayət işləri başlanılıb, saxlanılan şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilib.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


