Laçın polisi silah-sursat aşkarladı

Laçın polisi silah-sursat aşkarladı
  11 Mart 2021    Oxunub:4011
İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Laçın Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən növbəti belə tədbirlər zamanı Xocavənd rayonunda Üçtəpə adlanan ərazidə erməni hərbi birləşmələrinin ataraq qaçdığı 1 ədəd avtomat, 1 ədəd karabin, 1 ədəd tüfəng, 8 ədəd RQD-5 əl qumbarası və alışdırıcıları, 20 ədəd avtomat sandığı, 3500-ə yaxın avtomat və pulemyot güllələri aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Azvision.az



Teqlər: DİN  






Xəbər lenti