İrandakı zəlzələ Naxçıvana yaxın ərazilərdə hiss olunub

İrandakı zəlzələ Naxçıvana yaxın ərazilərdə hiss olunub
  11 Mart 2021    Oxunub:3221
Martın 11-də İran ərazisində maqnitudası 4.5 olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Azvision.az -a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 09:46-da qeydə alınıb.

Ocağı 7 kilometr dərinlikdə yerləşən zəlzələ Naxçıvan Muxtar Respublikasının sərhədə yaxın ərazilərində 3 bala qədər hiss olunub.

Azvision.az



Teqlər: Naxçıvan  






Xəbər lenti