Qarabağda 13 filiz yatağının xəritəsi hazırlanıb

Qarabağda 13 filiz yatağının xəritəsi hazırlanıb
  11 Mart 2021    Oxunub:1882
Kəlbəcər rayonu ərazisində mövcud olan termal-mineral su yataqlarının vəziyyətinin qiymətləndirilməsi məqsədilə hidrokimyəvi monitorinq işləri aparılıb və monitorinq nəticələri işğaldan əvvəlki dövrün məlumatları nəzərə alınmaqla təhlil edilib.
Azvision.az -ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupun iclasında bildirilib.

İclasda qeyd edilib ki, Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında filiz və qeyri-filiz, inşaat materialları yataqlarında geoloji-axtarış və qiymətləndirmə işləri, Kəlbəcər və Şuşa rayonlarında yeraltı şirin su və termal-mineral suların monitorinq və qiymətləndirmə işləri üzrə layihələr hazırlanıb və hazırda sahə işləri planlaşdırılır.

Qarabağ iqtisadi rayonu üzrə 13 filiz yatağının fond məlumatları əsasında xəritələri hazırlanıb.

Həmçinin, işğaldan azad olunmuş rayonların topoqrafik xəritələrin hazırlanması işləri davam etdirilir.

Azvision.az


Teqlər: Filiz-yatağı  





Xəbər lenti