Azərbaycanın İstanbuldakı Baş Konsulluğu tərəfindən Mərkəzi Ordu Evində hazırlanan sərgini ziyarət edən nazir Akar və komandirlər fotoşəkillər haqqında məlumat alıblar.
“29 il əvvəl Xocalıda vəhşicəsinə qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm. Azərbaycan türkü qardaşlarımızın ağrısını ürəyimizdə yaşamağa davam edirik. Bu qətliamı unutmadıq və unutmayacağıq. Keçmişi əsla unutmayacağıq, fəqət gələcəyə baxacağıq. Xocalıda şəhid olan bütün soydaşlarımıza Allahdan rəhmət diləyirik", - deyə Akar vurğulayıb.
Pərvanə Sultanova
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


