“Vətən müharibəsinə həsr etdiyim tablonu ölkə başçısına təqdim etmək istəyirəm” - Gənc rəssam

 “Vətən müharibəsinə həsr etdiyim tablonu ölkə başçısına təqdim etmək istəyirəm” -  Gənc rəssam
  11 Mart 2021    Oxunub:8461
“Vətən müharibəsinə həsr etdiyim rəsm tablosunu şəxsən ölkə başçısına təqdim etmək istəyirəm”.

Bunu Azvision.az -a Əzim Əzimzadə adına İncəsənət Kollecinin məzunu, gənc rəssam Ceyhun Ənvərzadə deyib.
Həmsöhbətimiz 1992-ci ildə Bakıda anadan olub. O, əslən Füzuli rayonundandır. Ailənin böyük övladı olan Ceyhun birinci qrup əlildir. 18 yaşından sonra səhhətində problemlər yaranıb və ona dağınıq sinir ataksiya diaqnozu qoyulub.

“Yeriyə bilmirəm, ancaq mənim sağalmaq şansım 90% faizdir. Tez bir zamanda sağlamlığıma qovuşmaq və sənətimdə uğurlara doğru addımlamaq istəyirəm. Rəssamlıqla bağlı arzularım, planlarım çoxdur”.



Ceyhunun sözlərinə görə, Vətən müharibəsində şanlı Ordumuzun göstərdiyi qəhrəmanlıqlardan çox təsirlənib və bu mövzuda rəsm çəkməyi qərara alıb. O, tabloda Prezident İlham Əliyev və hərbçilərin Şuşa qalası qarşısında keçidini kətan üzərində canlandırıb.

“Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyev və Ordumuz bizə qələbəni bəxş etdilər. Buna görə də mən ölkə başçısının Şuşada hərbçilərimizlə birgə rəsmini özünə şəxsən hədiyyə etmək istəyirəm. Tablonu 5 ay ərzində ərsəyə gətirmişəm. Sentyabrın 30-u başlayıb, fevral ayının ortasında tamamlamışam. Yeganə arzum bu tablonu ölkə başçımıza təqdim etməkdir”.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Rəssas   Tablo   Şuşa  






Xəbər lenti