Nişanlanma xətləri ilə çəkilmiş dairə ləğv edildi

Nişanlanma xətləri ilə çəkilmiş dairə ləğv edildi
  11 Mart 2021    Oxunub:2531
Çoxsaylı vətəndaş müraciətlərini nəzərə alaraq, yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədilə Suraxanı rayonu, 14 iyul küçəsinin Məşədi Əzizbəyov və Xanlar Ələkbərov küçələri ilə kəsişməsində nişanlanma xətləri ilə çəkilmiş dairə ləğv edilərək işıqforlar vasitəsilə nizamlanan yol kəsişməsi təşkil edilib.
Bu barədə Azvision.az -a Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. Bildirilib ki, nəticədə həmin ərazilərdə hərəkət növbəliliyi təmin edilib, təhlükəsizlik səviyyəsi artırılıb.

Əlilliyi olan şəxslərin rahatlığı üçün panduslar inşa olunub, işıqfor dirəklərində çağırıcı qurğular yerləşdirilib.







Azvision.az


Teqlər: BNA  






Xəbər lenti