Sabah intensiv qar yağacaq

   Sabah intensiv qar yağacaq
  11 Mart 2021    Oxunub:2892
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, gündüz qar yağacağı, günün birinci yarısında intensiv olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətindən Azvision.az -a verilən məlumata görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə və gündüz 2-4 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Arabir duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə və gündüz 1-5 dərəcə isti, dağlarda gecə 4-8, yüksək dağlıq ərazilərdə 10-12, gündüz 0-4 dərəcə şaxta olacaq. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

Tibbi-meteoroloji proqnoza gəlincə, martın 12-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda yağıntılı hava şəraiti və temperaturun bir qədər enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Azvision.az


Teqlər: Hava   ETSN  





Xəbər lenti