Sarkisyan yeni Baş Qərargah rəisi ilə bağlı təqdimatı geri qaytardı

Sarkisyan yeni Baş Qərargah rəisi ilə bağlı təqdimatı geri qaytardı
  11 Mart 2021    Oxunub:4624
Ermənistan prezidenti Armen Sarkisyan general-leytenant Artak Davtyanın Baş Qərargah rəisi təyin edilməsi ilə bağlı baş nazir Nikol Paşinyanın təqdimatını geri qaytarıb.
Azvision.az xəbər verir ki, bu barədə Sarkisyanın mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, prezident sənədə etiraz edərək onu hökumətə qaytarıb.

Baş nazir Davtyanın təyinatı ilə bağlı təqdimatı dünən prezidentə göndərmişdi.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan   Baş-Qərargah  



Xəbər lenti