Dağıstanda terror planlaşdıran şəxs məhv edilib
Yaraqlıdan silahlı və "intihar kəməri" tapılıb.
"11 mart tarixində Dağıstanda əks-terror əməliyyatı zamanı silahlı müqavimət göstərən cinayətkar zərərsizləşdirilib. Atışma yerindən avtomat, çoxlu sayda döyüş sursatı və istifadəyə hazır əldəqayırma partlayıcı qurğu, "intihar kəməri" tapılıb”, - məlumatda deyilir.
Qeyd olunub ki, əməliyyat zamanı mülki insanlar və hüquq-mühafizə orqanlarının əməkdaşları arasında itki olmayıb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: terrorhücumu







Vaxtında, Aydın, Lazımlı!


