Rusiyada 140-dan çox məktəbli zəhərləndi

 Rusiyada 140-dan çox məktəbli zəhərləndi
  11 Mart 2021    Oxunub:4147
Rusiyanın Altay diyarının Barnaul şəhərindəki məktəblərdən birində 140-dan çox şagird zəhərlənmə əlamətləri ilə xəstəxanaya müraciət edib.
Azvision.az “TASS”a istinadla xəbər verir ki, bu barədə şəhər meriyasından bildirilib.

Məlumata görə, 128 saylı məktəbin 144 şagirdi həkimlərə müraciət edib. Hadisə ilə bağlı digər təfərrüatlar açıqlanmayıb.

Bundan əvvəl Krasnoyarskda məktəblilərin kütləvi zəhərlənməsi baş verib, faktla əlaqədar cinayət işi açılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Məktəb   Zəhələnmə  



Xəbər lenti