Regionlar partiyası müxalifətə keçdi

Regionlar partiyası müxalifətə keçdi
  24 Fevral 2014    Oxunub:1197
Hakimiyyətə gələn müxalifətçilər isə yeni hökumət formalaşmaq üçün məsləhətləşmələr aparır.
AzVision.az rus KİV-lərinə istinadən xəbər verir ki, Ukrayna Regionlar partiyasının parlamentdəki fraksiya rəhbəri Aleksandr Yefremov partiyanın müxalifətə keçdiyini bildirib.

O etiraf edib ki, müxalifət partiyaları parlamentdə çoxluq təşkil etmək və hökumət formalaşdırmaq gücündədir.

Bu vaxta qədər 450 yerlik Rada da 200-dən artıq mandat sahibi olan Regionlar partiyası Kommunist və sıra bitərəf deputatlarla ittifaqda çoxluğu əlində saxlayırdı. “Batkovşina“ partiyasının sədri Arseni Yasenyuk isə yeni formalaşacaq hökumətdə Meydan fəallarına geniş yer veriləcəyini vurğulayıb.

“Mən təklif edirəm ki, hər bir nazirlikdə müavinlərdən biri korrupsiyaya qarşı mübarizə məsələlərinə baxmalıdır- və bu vəzifələri Meydan hərəkatının iştirakçıları tutmalıdır”-deyə Yasenyuk bildirib.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti