Azərbaycan Rusiyadan 300 min doza vaksin alır

 Azərbaycan Rusiyadan 300 min doza vaksin alır
  11 Mart 2021    Oxunub:4627
Baş nazir Əli Əsədov "Dərman vasitəsinin idxalı barədə" sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncama müvafiq olaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Rusiya Federasiyasının “HUMAN VACCINE” MMC Şirkəti arasında imzalanmış dərman vasitəsinin tədarükünə dair təchizat Sazişinə əsasən, 300 000 (üç yüz min) doza “Sputnik V” dərman vasitəsinin Azərbaycan Respublikasına idxalı 180 (yüz səksən) gün müddətində həyata keçiriləcək.

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Sərəncamdan irəli gələn məsələlərin həllini təmin edəcək.

Qeyd edək ki, sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azvision.az



Teqlər: Rusiya   Vaksin  






Xəbər lenti