İsveçdən ölkəmizə 432 min doza vaksin gətiriləcək

 İsveçdən ölkəmizə 432 min doza vaksin gətiriləcək
  11 Mart 2021    Oxunub:3634
Baş nazir Əli Əsədov koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması və bu sahədə immunizasiya tədbirlərinin həyata keçirilməsi məqsədilə “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Fərmana uyğun olaraq sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncamla İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə GAVİ ALLİANCE arasında imzalanmış dərman vasitəsinin tədarükünə dair 2020-ci il 18 sentyabr tarixli Sazişə əsasən, İsveç Krallığının “AztraZeneca” Şirkətinə məxsus 432 000 doza COVID-19 vaksin dərman vasitəsinin Azərbaycan Respublikasına idxalı 180 (yüz səksən) gün müddətində həyata keçiriləcək.

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi sərəncamdan irəli gələn məsələlərin həllini təmin edəcək.

Azvision.az


Teqlər: Baş-nazir   Qərar   Vaksin  






Xəbər lenti