XİN: Maral Nacaryan Ermənistana qayıtmaq istəməyib

  XİN:  Maral Nacaryan Ermənistana qayıtmaq istəməyib
  11 Mart 2021    Oxunub:4042
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in erməni əsilli saxlanılan şəxs Maral Nazaryanla bağlı sualını cavablandırıb.
XİN-dən Azvision.az -a verilən məlumata görə, L.Abdullayeva bildirib ki, Livanın Burc Hammud ərazisində anadan olan Maral Nacaryan (Maralle Najarian) həm Ermənistan, həm də Livan vətəndaşlığına malikdir:

Azovda həlak olan vətəndaşlarımızın kimlikləri müəyyən edilir
"Keçmiş münaqişə bölgəsində Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən birgə yaşadığı erməni əsilli Livan vətəndaşı ilə birlikdə saxlanılıb. O, Azərbaycan ərazisinə qanunsuz daxil olması və Azərbaycan qanunvericiliyini pozan digər hərəkətlərə yol verməsi barədə ifadələr verib. Azərbaycan tərəfinin nümayiş etdirdiyi humanizm nəticəsində M.Nacaryan bu ilin 10 mart tarixində azad edilib.

Qeyd etmək istərdik ki, o, şəxsən Ermənistana deyil, Livana qayıtmağa üstünlük verib. Rusiya tərəfi ilə aparılan müzakirələr nəticəsində Livan vətəndaşı olduğu üçün onun Rusiya ərazisindən göndərilməsi mümkün olmayıb. Bu səbəbdən M.Nacaryan Türkiyə üzərindən Livana geri göndərilib.

Ümumiyyətlə bildirmək istərdik ki, hazırda Azərbaycanda saxlanılan erməni əsilli qadın yoxdur. Vətən müharibəsi zamanı saxlanılan 5 qadın, əksəriyyəti hətta hərbi əməliyyatlar davam edən zamanı sərbəst buraxılıb".

Azvision.az


Teqlər: XİN   Erməni  



Xəbər lenti