ABŞ-da “Moderna” peyvəndi vurulan qadın ölüb

ABŞ-da “Moderna” peyvəndi vurulan qadın ölüb
  11 Mart 2021    Oxunub:2894
ABŞ-ın Yuta ştatının sakini “Moderna” şirkəti tərəfindən istehsal olunan ikinci doza koronavirus peyvəndini vurdurandan dörd gün sonra ölüb.
Azvision.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Qeyd edilib ki, Oqden şəhərində yaşayan 39 yaşlı Kassidi Kurill peyvəndin ikinci dozasını qəbul etdikdən üç gün sonra vəziyyəti kəskin şəkildə pisləşib. O, xəstəxanaya aparılıb, həkimlər qan analizi ediblər və qadının ciyərinin yaxşı işləmədiyi məlum olub.

Ona qaraciyər köçürmək istəyiblər, lakin vəziyyətini sabitləşdirmək mümkün olmayıb. Qadın qaraciyər, böyrək və ürək çatışmazlığından həyatını itirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ  



Xəbər lenti