Azərbaycanda gündəlik yoluxma sayı 600-ü keçdi

Azərbaycanda gündəlik yoluxma sayı 600-ü keçdi
  11 Mart 2021    Oxunub:5898
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 608 yeni yoluxma faktı qeydə alınıb, 128 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 238 383 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 230244 nəfər müalicə olunaraq sağalıb, 3262 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 4877 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 503, ötən müddət ərzində isə 2 682 116 test aparılıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti