YAP Gənclər Birliyinə yeni sədr seçildi

   YAP Gənclər Birliyinə yeni sədr seçildi
  11 Mart 2021    Oxunub:3817
Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinə yeni sədr seçilib.
Azvision.az xəbər verir ki, bu gün Gənclər Birliyinin iclası keçirilib.

İclasda Bəxtiyar İslamov sədr seçilib. Bundan başqa, birliyin fəaliyyət istiqamətlərində yeniliklər edilib.

Qeyd edək ki, indiyədək partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov idi. O, hazırda Ağstafa Rayon İcra Hakimiyyətinin başçısıdır.

Azvision.az


Teqlər: YAP   Gənclər-Birliyi   Sədr  






Xəbər lenti