XİN rəhbəri: “Ermənistan mina xəritələrini verməkdən imtina edir” - YENİLƏNİB
Nazir Ceyhun Bayramov işğaldan azad olunan ərazilərdə çoxsaylı minaların olmasına və beləliklə də gündəlik əsasda insanların həyatına birbaşa təhdid təşkil etdiyinə diqqəti cəlb edərək, Ermənistan tərəfinin bu günədək mina xəritələrini Azərbaycana verməkdən imtina etdiyini vurğulayıb.
Polşa naziri Zbiqnev Rau öz tərəfindən üçtərəfli bəyanatların icra edilməsi, ölkələr arasında münasibətlərin normalaşması və bu xüsusda, beynəlxalq qurumların rolunun əhəmiyyətini qeyd edib.
Nazirlər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri, o cümlədən siyasi dialoqun uğurla davam etdirilməsi, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi, bu xüsusda, iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti, habelə parlament xətti də daxil olmaqla, yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi məsələləri üzrə fikir mübadiləsi aparıblar.
Telefon danışığı zamanı tərəflər digər qarşılıqlı maraq doğuran məsələləri də müzakirə ediblər.
***
(17:23)
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla polşalı həmkarı Zbiqniev Rau arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, bu barədə Polşa səfirliyi məlumat yayıb.
Nazirlər ikitərəfli münasibətlərin vəziyyətini və iqtisadi əməkdaşlığı, habelə Dağlıq Qarabağ mövzusunu müzakirə ediblər.
Nazir Rau əlaqələrin yaxşı vəziyyətdə olduğunu vurğulayıb, münasibətlərin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: CeyhunBayramov







Vaxtında, Aydın, Lazımlı!


