Gürcüstan 43 min doza “AstraZeneca” vaksini aldı

Gürcüstan 43 min doza “AstraZeneca” vaksini aldı
  11 Mart 2021    Oxunub:2652
Gürcüstan COVID-19 əleyhinə 43 min 200 doza “AstraZeneca” vaksini alıb. Vaksin martın 13-də ölkəyə gətiriləcək.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə naziri Yekaterine Tikaradze bildirib.

Onun sözlərinə görə, vaksin alınması bununla bitməyəcək, digər ölkələrdən də vaksin almaq üçün danışıqlar aparılır.

Azvision.az


Teqlər: Gürcüstan   Vaksin  



Xəbər lenti