Paşinyan prezidentin qaytardığı vəsatəti yenidən göndərdi

Paşinyan prezidentin qaytardığı vəsatəti yenidən göndərdi
  12 Mart 2021    Oxunub:2546
Ermənistan baş nazirinin ofisi Artak Davtyanın Baş Qərargah rəhbəri vəzifəsinə təyin olunması ilə bağlı sənəd layihəsini yenidən prezident Armen Sarkisyana göndərib.
Azvision.az xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Mane Gevorkyan bildirib.

Xatırladaq ki, baş nazir Nikol Paşinyan Artak Davtyanın təyinatı ilə bağlı təqdimatı Onik Qasparyanın səlahiyyət müddəti bitdikdən sonra, 10 mart tarixində prezidentə göndərib. Lakin, Armen Sarkisyan sənədi imzalamayıb.

Artak Davtyan 24 may 2018-ci ildən 8 iyun 2020-ci il tarixinədək Baş Qərargah rəisi vəzifəsində çalışıb. Karantin müddətində oğluna toy mərasimi keçirdiyinə görə işdən çıxarılıb.

Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  



Xəbər lenti